Azərbaycan, Bakı, 9 iyul /Trend/
Goranboyda ölümlə nəticələnən yol qəzası olub.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Goranboy rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun 322-ci km-də, Borsunlu kəndi ərazisində qeydə alınıb. Piyada - Gəncə şəhər sakini 37 yaşlı Vüsalə Məhərrəmova magistral yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. O, hadisə yerindəcə dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mübariz Quliyev hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində axtarışlara başlanıldığını bildirib.