...

Evlər yanğından mühafizə olunub

Hadisə Materials 10 İyul 2013 05:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Mingəçevirdə və Zərdabda ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Mingəçevir şəhəhərində 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 39 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Zərdab rayonu, Pərvanlı kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti