...

Bakıda avtomobillər təmir aparılan yollarda beton sədlərə çırpılıb (VİDEO)

Hadisə Materials 10 İyul 2013 10:42 (UTC +04:00)
Gecə saatlarında Bakıda yolayrıcında sürətini nizamlaya bilməyən minik avtomobili dönmə əməliyyatı etmək əvəzinə təmir işləri aparılan yolun ortasına qoyulmuş beton səddə çırpılaraq onu bir neçə metr kənara sürüyüb. Bu vaxt yolu keçən piyadalar son anda ölümdən qurtula bilib.
Bakıda avtomobillər təmir aparılan yollarda beton sədlərə çırpılıb (VİDEO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/

Gecə saatlarında Bakıda yolayrıcında sürətini nizamlaya bilməyən minik avtomobili dönmə əməliyyatı etmək əvəzinə təmir işləri aparılan yolun ortasına qoyulmuş beton səddə çırpılaraq onu bir neçə metr kənara sürüyüb. Bu vaxt yolu keçən piyadalar son anda ölümdən qurtula bilib.

Trend-in məlumatına görə, elə həmin yerdə gecə saatlarında baş verən digər hadisə zamanı minik avtomobili yanından keçmək əvəzinə beton səddə çırpılaraq onu iki yerə bölüb.

Bakıda mərkəzi küçələrin birindəki yolayrıcında isə günorta saatlarında baş verən qəza zamanı dönmə əməliyyatını yerinə yetirmək istəyən minik avtomobilini arxadan gələn digər avtomobil vuraraq onu irəliyə tullayır. Nəticədə qarşıdakı avtomobil yol böyu düzülmüş beton sədlərə, daha sonra yolun asfalt örütüyünün çəkilməsinə cəlb olunmuş xüsusi texnikaya çırpılaraq dayanır.

Trend oxuculara həmin hadisələrin video görüntülərini təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti