Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/
Salyan rayon sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Elşən İsmayılovdan 1 ədəd "Mauzer" markalı tapança və 3 ədəd avtomat gülləsi götürülüb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.