...

İstanbulda qaz kəmərində partlayış olub

Hadisə Materials 12 İyul 2013 13:06 (UTC +04:00)
Bu gün səhər saatlarında Türkiyənin İstanbul vilayətinin Üsküdar rayonunda qazpaylayıcı şəbəkə kəmərində partlayış baş verib.
İstanbulda qaz kəmərində partlayış olub

Azərbaycan, Bakı, 12 iyul/Trend, müxbir A. Tağıyeva/

Bu gün səhər saatlarında Türkiyənin İstanbul vilayətinin Üsküdar rayonunda qazpaylayıcı şəbəkə kəmərində partlayış baş verib. Bu barədə Trend cümə günü "Zaman" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, partlayış metropolitenin tikinti ərazisində torpaq işlərinin aparılması zamanı baş verib. Partlayışdan sonra qaz ətrafa yayılmağa başlayıb.

Partlayışdan sonra yaxınlıqda yaşayan insanların təşvişə düşdüyü bildirilir. İstanbul qazpaylayıcı şəbəkəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Qazın hadisə baş vermiş rayona verilişinin dayandırılması üzrə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti