...

Məhkəmə Azərbaycanda iki yaşlı uşağı zorlayıb öldürən şəxsin şikayətini təmin etmədi

Hadisə Materials 17 İyul 2013 13:20 (UTC +04:00)
Şirvan Apelyasiya Məhkəməsində iki yaşlı uşağı qətlə yetirməkdə təqsirləndirilən Masallı rayon sakini Ramil İsrafilovun apelyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Məhkəmə Azərbaycanda iki yaşlı uşağı zorlayıb öldürən şəxsin şikayətini təmin etmədi

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Şirvan Apelyasiya Məhkəməsində iki yaşlı uşağı qətlə yetirməkdə təqsirləndirilən Masallı rayon sakini Ramil İsrafilovun apelyasiya şikayəti əsasında iyulun 16-da məhkəmə prosesi keçirilib.

Trend Şirvan Apelyasiya Məhkəməsinin rəsmi saytına istinadən xəbər verir ki, prosesdə elan edilən qərara əsasən apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, bu il iyunun 18-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Masallı rayonunun Lürən kənd sakini, 1995-ci il təvəllüdlü Ramil İsrafilov 2012-ci il iyulun 16-da yaxın qohumu və qonşusunun 2 yaşlı qızı Nuray Ağayeva ilə cinsi əlaqədə olub. O, qızı qətlə yetirəndən sonra "Viləşçay" su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kanala atıb. Hadisədən iki saat sonra kənd sakinləri azyaşlı qızı "Viləşçay" kanalının kənddən keçən ərazisindəki çöllükdə aşkarlayıblar.

Ramil İsrafilov Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti