...

Pakistanda terror aktları: 40 ölü, 100-dən artıq yaralı

Hadisə Materials 27 İyul 2013 01:21 (UTC +04:00)
Pakistanın şimal-qərbində baş vermiş partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən artıq yaralı var.
Pakistanda terror aktları: 40 ölü, 100-dən artıq yaralı

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Pakistanın şimal-qərbində baş vermiş partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən artıq yaralı var. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, 2 bomba 4 dəqiqəlik intervalla Paraçinar bazarından 400 metr aralıda partlayıb.

Məlumatda deyilir ki, partlayış insanların bazara getdiyi zaman baş verib. Bombalardan biri motosikletə bərkidilib, digəri isə terrorçu tərəfindən işə salınıb.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti