Azərbaycan, Bakı, 4 avqust /Trend/
Əfqanıstanın Kabul, Nanqarxar, Host və Nuristan əyalətlərində baş vermiş daşqınlarda 50-yə yaxın insan ölüb, daha 50 nəfər isə itgin düşüb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, daha çox Kabul əyalətinin Surobi rayonu zərər görüb.
Güclü su axını qarşısına çıxan bütün evləri dağıdıb.
Daşqın nəticəsində həmçinin, xəstəxana dağılıb, mağazalara və avtomobillərə ziyan dəyib.