...

Türkiyədə polis və suriyalı qaçaqmalçılar arasında qarşıdurma olub

Hadisə Materials 6 Avqust 2013 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A. Tağıyeva/

Türkiyə polisi və bu ölkəyə qanunsuz yanacaq keçirməyə cəhd edən suriyalı qaçaqmalçılıar arasında qarşıdurma baş verib. Bu barədə Trend çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, qarşıdurma Suriya sərhədi yaxınlığında Hatay vilayətinin Reyhanlı rayonunda olub.

Aralarında bir uşağın da olduğu yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Fakt üzrə cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti