...

Saray qəsəbəsində minik avtomobili ilə "KamAZ" toqquşub, yaralılar var

Hadisə Materials 6 Avqust 2013 20:57 (UTC +04:00)
Abşeron rayonu, Saray qəsəbəsində (Saray körpüsünün yaxınlığında) “Opel” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Saray qəsəbəsində minik avtomobili ilə "KamAZ" toqquşub, yaralılar var

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Abşeron rayonu, Saray qəsəbəsində (Saray körpüsünün yaxınlığında) "Opel" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,Nəticədə "KamAZ" markalı yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb, "Opel" markalı minik avtomobili isə deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə görə, "Opel" markalı minik avtomobilində olan digər yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.

Xəbər lenti

Xəbər lenti