...

Türkiyədə məhbuslar həbsxananı yandırdılar

Hadisə Materials 7 Avqust 2013 15:10 (UTC +04:00)
Türkiyənin Bursa vilayətinin Keles rayonu ərazisində yerləşən həbsxanada yanğın baş verib.
Türkiyədə məhbuslar həbsxananı yandırdılar

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Bursa vilayətinin Keles rayonu ərazisində yerləşən həbsxanada yanğın baş verib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, yanğını həbsxanadakı məhbuslar törədiblər. Yanğına səbəb məhbusların həbsxana şəraitindən narazı qalması olub.

Həbsxanada ümumilikdə 50 məhbus cəza çəkir. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili tibbi yardım briqadaları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti