...

Azərbaycanda 3 nəfəri elektrik cərəyanı vurub: 2-si ölüb, biri yaralanıb

Hadisə Materials 7 Avqust 2013 15:10 (UTC +04:00)
Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Azərbaycanda 3 nəfəri elektrik cərəyanı vurub: 2-si ölüb, biri yaralanıb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 5-də Sabunçu rayonu, Nardaran qəsəbəsinin dəniz çimərliyindəki kafedə işləyən və yaşayan Lənkəran rayon sakini Yusif Qafarovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Avqustun 6-da isə Xaçmaz rayon Elektrik Şəbəkəsində elekrtik işləyən rayon sakini Elçin Seyidməmmədov 10 kilovoltluq transformatorda iş görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Elə həmin gün Xırdalan şəhəri ərazisindəki "Ər-Riyad" ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Firudin İsmayılov elektrik cərəyanı vurması nəticəsində bədənin yanıq xəsarəti ilə xəstəxanaya gətirilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti