...

Sərxoş olan 3 nəfər son anda ölümdən canlarını qurtara biliblər

Hadisə Materials 9 Avqust 2013 13:59 (UTC +04:00)
Sərxoş olan 3 nəfər son anda ölümdən canlarını qurtara biliblər
Sərxoş olan 3 nəfər son anda ölümdən canlarını qurtara biliblər

Azərbaycan, Bakı, 9 avqust / Trend müxbir M.Əliyev/

Sərxoş olan 3 nəfər son anda ölümdən canlarını qurtara biliblər.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Samux rayon Yenikənd kəndi ərazisində su elektrik stansiyası ərazisində suda batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib. Sərxoş olan 3 nəfər - iki kişi, bir qadın əllərini yumaq istəyərkən ehtiyatsızlıqdan Kür çayına düşüblər.

Fövqəladə Hallar Nazirliyinin su hövzələrinin mühafizəsi xidməti əməkdaşlarının səyi nəticəsində hər üç şəxs xilas edilib və onlar Şəmkir rayon Kür qəsəbəsi xəstəxanasına yerləşdirilib. Onların hər üçü Gəncə şəhər sakinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti