...

Həftəsonu Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb, 21-i yaralanıb

Hadisə Materials 26 Avqust 2013 16:26 (UTC +04:00)
Ötən həftənin şənbə və bazar günləri Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 7 nəfər ölüb, 21-i yaralanıb.
Həftəsonu Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb, 21-i yaralanıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Ötən həftənin şənbə və bazar günləri Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 7 nəfər ölüb, 21-i yaralanıb.

Trend Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 24-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 11-i yaralanıb.

Avqustun 25-də isə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 10-u yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti