...

Ötən həftəsonu Azərbaycanın yollarında 12 nəfər ölüb

Hadisə Materials 2 Sentyabr 2013 17:59 (UTC +04:00)
Ötən həftəsonu Azərbaycanın yollarında 21 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 38 nəfər yaralanıb.
Ötən həftəsonu Azərbaycanın yollarında 12 nəfər ölüb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İzzət/

Ötən həftəsonu Azərbaycanın yollarında 21 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 38 nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 31-də respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Avqustun 1-də isə respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti