...

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 5 Sentyabr 2013 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbir İ.İzzət /

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Sentyabrın 4-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Əliağa Rza oğlu Mirzəyevə vətəndaş Ümid İrac oğlu Nəsrullayevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı içi yeməklə dolu alüminium qazanın dibindəki gizli saxlanc yerindən daxilində danışıq kartları olmayan 4(dörd) ədəd "Nokia" markalı mobil telefon aparatı, 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı, 2 (iki) ədəd "Cin" danışıq kartı, 1(bir) ədəd "Sim" danışıq kartı və 3(üç) ədəd elektrik qidalandırıcısı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Əliağa Mirzəyev Cinayət Məcəlləsinin 145.2.4 (Qanunsuz azadlıqdan məhrumetmə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 145.2.5 (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 145.2.6 (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 170.3 (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlbetmə; Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlbetmə) və 181.3.2 (Quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə təqsirləndirilir.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti