...

Qəbələdə at sürücünü öldürdü

Hadisə Materials 6 Sentyabr 2013 13:44 (UTC +04:00)
Qəbələ rayonunda, Qaraməryəm-İsmayıllı-Şəki avtomagistralının 50-ci kilometrliyinin Vəndam kəndi ərazisində ağır yol qəzası baş verib.
Qəbələdə at sürücünü öldürdü

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Qəbələ rayonunda, Qaraməryəm-İsmayıllı-Şəki avtomagistralının 50-ci kilometrliyinin Vəndam kəndi ərazisində ağır yol qəzası baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, Qəbələ rayonunda baş verən qəzaya at səbəb olub. "90-VH-945" dövlət nömrə nişanlı "Mersedes Vita" markalı avtomobili idarə edən rayonun Tüntül kənd sakini Quliyev Ağamir qarşısına çıxan atı vurub. Daha sonra heyvan əks istiqamətdə hərəkətdə olan Vəndam sakini Nəbiyev Seymur Əlsamir oğlunun idarə etdiyi "36-BE-341" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomaşınla toqquşub.

Nəticədə at maşının ön şüşəsindən avtomobilin içinə düşüb. Avtomaşının sahibi N.Seymur elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti