...

Bakıda üç “Kamaz” toqquşub, ölən var

Hadisə Materials 16 Sentyabr 2013 22:20 (UTC +04:00)
Bakının Qaradağ rayonunda üç “Kamaz” toqquşub, ölən var.
Bakıda üç “Kamaz” toqquşub, ölən var

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bakının Qaradağ rayonunda üç "Kamaz" toqquşub, ölən var.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarında dayanmış iki "Kamaz" markalı yük avtomobillərinə çırpılıb.

Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış yük avtomobilindən kimliyi bəlli olmayan kişi cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti