...

Bakıda yol polisinin gözü qarşısında qəza: sürücü yolun ortasına sərildi (VİDEO)

Hadisə Materials 11 Oktyabr 2013 10:57 (UTC +04:00)
Bakının mərkəzində yol polisinin gözü qarşısında ağır yol qəzası baş verib.+
Bakıda yol polisinin gözü qarşısında qəza: sürücü yolun ortasına sərildi (VİDEO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzində yol polisinin gözü qarşısında ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, paytaxtın Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində ağır yol qəzası baş verib. Nəzarət kameraları tərəfindən qeydə alınmış kadrlardan görünür ki, yolun açıq olmasına baxmayaraq, yol polisi digər tərəfdə yaranmış tıxacı aradan qalmaq məqsədilə Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilləri saxlamağa çalışır. Bu zaman iki avtomobil - "cip" və "VAZ" markalı minik avtomobili polisin işarəsinə məhəl qoymadan irəliyə doğru hərəkət edirlər. Bu vaxt Bakıxanov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında keçərək "cip"lə toqquşur. Nəticədə zərbənin təsirindən istiqamətini dəyişən "cip" işıqforun qırmızı işığında dayanmış minik avtomobilinə çırpılaraq dayanır. Toqquşma zərbəsindən deformasiyaya uğramış "Mercedes"in hissələri yola səpələnir və avtomobil qəfildən tüstülənir. Bu zaman "Mercedes"in qapısı açılır və sürücü huşsuz halda yerə sərilir.

Hadisə zamanı yaxınlıqda olan yol polisləri və mülki vətəndaşlar qəzada xəsarət alanlara yardım etməyə tələsirlər. İnsanların və avtomobillərin hadisə yerinə toplaşmasından yolda böyük bir tıxac yaranır.

Trend həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti