...

Bakıda tapılmış meyitin kimliyi müəyyən edilib

Hadisə Materials 12 Oktyabr 2013 13:16 (UTC +04:00)
Üzərində zorakılıq əlamətləri görünməyən tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.
Bakıda tapılmış meyitin kimliyi müəyyən edilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İzzət/

Üzərində zorakılıq əlamətləri görünməyən tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində zorakılıq əlamətləri görünməyən tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Bu, Salyan şosesi, ev 10-da yaşayan Elbrus Heydərov olub.

Qeyd edək ki, Elbrus Heydərovun meyiti oktyabrın 9-da Mayis Mayılovun evində tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti