Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Bakıda Dənizkənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib. Bu barədə məlumat Trend-ə Fövqəladə Hallar Nazirliyindən daxil olub.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Həmin şəxs Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.