...

FHN Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 18 Oktyabr 2013 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

FHN Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonunda "KAMAZ" markalı yük avtomobili ilə motosiklet toqquşub. Nəticədə nəqliyyat vasitələri deformasiyaya uğrayıb, motosikletin sürücüsü - 1968-ci il təvəllüdlü Miriyev Seyran Aslan oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti