...

DİN Qusarda polisi öldürmüş dəstənin daha bir üzvünün məhv edilməsi ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 24 Oktyabr 2013 15:10 (UTC +04:00)
Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərmiş qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilmişdir.
DİN Qusarda polisi öldürmüş dəstənin daha bir üzvünün məhv edilməsi ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərmiş qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib. Bu barədə Trebnd-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində də xüsusi əməliyyat tədbiri keçirilib, nəticədə silahlı müqavimət göstərən E.Rüstəmov nazirliyin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti