Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir R. Hafizoğlu/
İstanbulun Atatürk Hava Limanında "Türk Hava Yolları" şirkətinə məxsus iki təyyarə toqquşub. Bu barədə Trend Türkiyənin "CNN Türk" telekanalına istinadən bildirib.
Telekanalın məlumatına görə, Vyana-İstanbul reysi ilə hərəkət edən təyyarə San Paulo-İstanbul reysi ilə hərəkət edən təyyarə ilə toqquşub.
Toqquşma nəticəsində hər iki təyyarəyə ciddi ziyan dəyib. Aviareyslər təxirə salınıb.