Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Muş əyalətində yerləşən qadın həbsxanalarından birində qiyam baş verib. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, qiyama səbəb məhbusların saxlanma şəraitinin pisləşməsi olub. Məlumatda, o cümlədən bildirilir ki, məhbuslar etiraz əlaməti olaraq kameralardan birində yanğın törədiblər. Nəticədə yeddi nəfər xəsarət alıb.
Telekanal xəbər verir ki, bütün zərərçəkənlər şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.