Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Türkiyənin Şanlıurfa vilayətində xidməti avtobusun aşması nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, fabrikə işçi daşıyan mikroavtobus Şanlıurfa-Bozova yolunun 30-cu km-də idarəetmənin itirilməsi nəticəsində aşıb.
Yaralılar təcili yardım maşınları ilə Bozova və Şanlurfadakı xəstəxanalara çatdırılıb.