...

Gədəbəydə yolu keçmək istəyən piyadanı maşın vurdu

Hadisə Materials 7 Noyabr 2013 21:40 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunda piyadavurma hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini 26 yaşlı Hafiz Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə rayonun Gərgar kəndində yolu keçmək istəyən həmyerlisi 44 yaşlı Nağıyev Müsaməddini vurub.
Gədəbəydə yolu keçmək istəyən piyadanı maşın vurdu

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Gədəbəydə yolu keçmək istəyən piyadanı maşın vurub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunda piyadavurma hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini 26 yaşlı Hafiz Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə rayonun Gərgar kəndində yolu keçmək istəyən həmyerlisi 44 yaşlı Nağıyev Müsaməddini vurub.

Xəstə ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində zərəçəkmişin həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti