...

Səudiyyə Ərəbistanında əcnəbi işçilər üsyan edib: 2 ölü, 68 yaralı

Hadisə Materials 10 Noyabr 2013 11:38 (UTC +04:00)
Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda əcnəbi işçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurma nəticəsində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanında əcnəbi işçilər üsyan edib: 2 ölü, 68 yaralı

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda əcnəbi işçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurma nəticəsində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, paytaxtın cənubundakı Hay Mənfuhə məhəlləsində dünən gecə saatlarında bir qrup naməlum şəxs barrikadalar qurub.

Səhər saatlarına qədər davam edən etiraz zamanı yerli və əcnəbi ölkə vətəndaşlarından yaralananlar olub. Hadisə yerinin yaxınlığındakı iş yerləri və avtomobillər zərər görüb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra 561 nəfər saxlanılıb.

Daş və bıçaqlardan istifadə olunduğu iddia edilən qarşıdurma nəticəsində biri Səudiyyə Ərabistanı vətəndaşı olmaqla 2 nəfərin həlak olduğu, 68 nəfərin yaralandığı bildirilir.

Yerli KİV hadisəyə səbəb kimi ölkədə qalma problemi yaşayan efiopiyalı işçilərə qarşı əməliyyatları və bu əməliyyatlar zamanı bir nəfərin öldürülməsini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti