...

Xorvatiyada tufan nəticəsində bir nəfər ölüb, onlarla yaralı var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 11 Noyabr 2013 17:36 (UTC +04:00)
Güclü külək Xorvatiyanın bəzi regionlarına ciddi ziyan vurub. Küləyin sürəti saniyədə 61 metrə çatır. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
Xorvatiyada tufan nəticəsində bir nəfər ölüb, onlarla yaralı var (ƏLAVƏ OLUNUB)

Yeni məlumatlar əlavə edilib (ilk xəbər 17:08-də yayılıb)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Güclü külək Xorvatiyanın bəzi regionlarına ciddi ziyan vurub. Küləyin sürəti saniyədə 61 metrə çatır. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Yerli KİV-in yazdığına görə, paytaxt Zaqrebdə və Adriatik dənizi sahilində yerləşən iri liman şəhəri Rijekada aşmış ağaclar küçələri bağlayıb, nəqliyyatın hərəkətini iflic edib.

Güclü külək evlərin damını uçurub. Elektrik enerjisi xətlərinin sıradan çıxması nəticəsində bir neçə rayonun əhalisi işıqsız qalıb.

İnsanların təhlükəsizliyi baxımından bəzi avtomobil yolları, məktəblər və mağazalar bağlanıb.

Son məlumatlara görə, tufan nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb.

Varajdin şəhərində bir kişi aşan ağacın altında qalıb, Rijekada isə 20 nəfərdən çox insan xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti