...

Qadınları fahişəliyə cəlb edən Laçın sakini saxlanılıb

Hadisə Materials 13 Noyabr 2013 13:15 (UTC +04:00)
Laçın rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Qadınları fahişəliyə cəlb edən Laçın sakini saxlanılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Laçın rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Laçın rayon sakini Sənan Mehdiyevin gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi ilə bağlı məlumat daxil olub.

İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sənan Mehdiyev saxlanılıb. Məsələ ilə bağlı aparılan araşdırmalar zamanı daxil olan məlumatlar təsdiqini tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti