...

Tovuzda avtomobil iki piyadanı vurub, biri ölüb

Hadisə Materials 14 Noyabr 2013 16:31 (UTC +04:00)
Trend Türkel TV-yə istinadən xəbər verir ki, Tovuzda maşın iki piyadanı vurub. Tovuz rayon Əyyublu kənd sakinlərindən biri marketə, digəri isə kompüter oynamağa gedərkən elə öz həmkəndliləri tərəfindən avtomobillə vurulub.
Tovuzda avtomobil iki piyadanı vurub, biri ölüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Tovuzda avtomobil iki piyadanı vurub, bir nəfər ölüb.

Trend Türkel TV-yə istinadən xəbər verir ki, Tovuzda maşın iki piyadanı vurub. Tovuz rayon Əyyublu kənd sakinlərindən biri marketə, digəri isə kompüter oynamağa gedərkən elə öz həmkəndliləri tərəfindən avtomobillə vurulub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza sərxoş sürücünün idarəetməni itirməsindən sonra baş verib. 12 yaşlı Əyyublu kənd sakini Aygün Cəfərova və onun həmkəndlisi, 11 yaşlı İlqar Yusibov sürücü diqqətsizliyinin qurbanı olub. Dərhal hər iki zərərçəkən Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, İ.Yusibovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı A.Cəfərova isə ağır kəllə-beyin travması ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti