Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Ermənistan parlamentinin binası önündə icbari pensiya yığım sisteminin tətbiqinə qarşı etiraz aksiyası keçirilir.
Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, parlament önündə toplaşanların sayı təqribən 200 nəfərdir.
Aksiyanı "İcbari pensiya öndənişlərinə qarşı" təşəbbüs qrupu keçirir.
Qeyd edək ki, gələn il yanvarın 1-dən ölkədə pensiya yığım sisteminin mütləq qaydada tətbiq edilməsi planlaşdırılır. Yeni sistemə 1974-cü il yanvarın 1-dən sonra andan olanlar daxil ediləcək. Gələn il təqribən 250 min vətəndaşın bu sistemə keçəcəyi gözlənilir.