...

İmişlidə evdən pul oğurlayan 3 nəfər saxlanılıb

Hadisə Materials 18 Noyabr 2013 11:34 (UTC +04:00)
İmişlidə oğurluq hadisəsi baş verib. Cinayət faktı isti izlərlə aşkar edilib. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər şəxs isə artıq saxlanılıb.
İmişlidə evdən pul oğurlayan 3 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

İmişlidə oğurluq hadisəsi baş verib. Cinayət faktı isti izlərlə aşkar
edilib. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər isə artıq saxlanılıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, cinayət faktı Aşura
günü İmişli rayonunun Bəhramtəpə qəsəbəsində qeydə alınıb.

Tapdıqlı Şahlar Yunis oğluna məxsus mənzildən küllü miqdarda pul oğurlanıb. Əlbir olan şəxslər işi planlı şəkildə həyata keçiriblər. Sakinlərin məsciddə olmasından istifadə edən oğrular açıq qalan pəncərədən mənzilə daxil olaraq evdən 5200 manat pul oğurlayıblar.

Baş vermiş cinayət hadisəsi ilə bağlı İmişli Rayon Polis şöbəsinin
əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - Dağıstan Məmmədov, Samir Vəliyev və Nüsrət Tapdıqov saxlanılıb.

Saxlanılanlar oğurluq faktını etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti