...

Bakı İstintaq Təcridxanasına görüşə gəlmiş şəxsin üstündən silah tapılıb

Hadisə Materials 18 Noyabr 2013 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanilan Ramil Həsən oğlu Əsgərovun yanına qısamüddətli görüşə gəlmiş şəxs Fərəqət Qurban oğlu Novruzovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilib. Baxış zamanı Fərəqət Novruzovun əynindəki pencəyin sol döş cibindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və pencəyinin sol yan cibindən 1 ədəd zavod istehsalı olan özü açılan bıçaq aşkar edilərək götürülüb.

Qeyd edək ki, təcridxanada saxlanilan 1988-ci il təvəllüdlü Ramil Əsgərov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti