...

Bakıda avtomobil dirəyə çırpılaraq yanıb, 3 nəfər xəsarət alıb (FOTO)

Hadisə Materials 20 Noyabr 2013 18:22 (UTC +04:00)
Bakıda, "Koroğlu" metrostansiyanın yaxınlığında dəhşətli yol qəzası baş verib.
Bakıda avtomobil dirəyə çırpılaraq yanıb, 3 nəfər xəsarət alıb (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Bakıda, "Koroğlu" metrostansiyanın yaxınlığında dəhşətli yol qəzası baş verib.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə avtomobil iki yerə parçalanıb və maşında yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb. Qəza nəticəsində 3 nəfər xəsarət alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə faktı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti