Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Bakı metrosunda sərxoş şəxs qatar xəttinin üzərinə düşüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də saat 18 radələrində metronun "Xalqlar Dostluğu" stansiyasında Lerik rayon sakini Əfsər Bayramov sərxoş halda qatar xəttinə yıxılaraq xəsarət alıb.
Ə. Bayramov xəstəxanaya yerləşdirilib.