...

Bakı İstintaq təcridxanasında sanitar qovşağının hava borusunda qadağan olunmuş əşya tapılıb

Hadisə Materials 3 Dekabr 2013 15:58 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Natiq Novruz oğlu Nurəliyevin kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın sanitar qovşağının hava borusunda gizlədilmiş, daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Bakı İstintaq təcridxanasında sanitar qovşağının hava borusunda qadağan olunmuş əşya tapılıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasında qadağan olunmuş rabitə vasitələri aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Natiq Novruz oğlu Nurəliyevin kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın sanitar qovşağının hava borusunda gizlədilmiş, daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü N.Nurəliyev Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) və 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddələri ilə təqsirli bilinərək həbs edilib.

Bu gün həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Elvin Xanlar oğlu Mikayılovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı ona məxsus ayaqqabının içərisində gizlədilmiş, daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü E.Mikayılov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 29 (cinayət etməyə cəhd) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinərək həbs edilib.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti