...

Şəmkirdə "Maqa" ləqəbli "reket" tutulub

Hadisə Materials 3 Dekabr 2013 17:21 (UTC +04:00)
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara hədə-qorxu gələrək onlardan pul tələb edən "Maqa" ləqəbli Məhəmməd İsmayılov saxlanılıb.
Şəmkirdə "Maqa" ləqəbli "reket" tutulub

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara hədə-qorxu gələrək onlardan pul tələb edən "Maqa" ləqəbli Məhəmməd İsmayılov saxlanılıb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, polis onu rayon sakini Ramin Cəlilovun şikayəti əsasında saxlayıb. Belə ki, M.İsmayılov bu ilin iyun ayından noyabr ayınadək müxtəlif vaxtlarda R.Cəlilova hədə-qorxu ilə gələrək ondan 2000 manatdan artıq pul almaqda ittiham edilir.

Sonuncu belə cəhddə R.Cəlilov polisə müraciət edib. Nəticədə "reket" saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti