...

Bərdədə baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 5 Dekabr 2013 12:26 (UTC +04:00)
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarə alanlar var.
Bərdədə baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarə alanlar var.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 4-də saat 20:00 radələrində Bərdə rayonunun Divanlı kəndində rayon sakinləri - Asəf Quliyevin idarə etdiyi "Daewoo" markalı və Şücayət Paşayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

A.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb. Ş.Paşayev və sərnişinləri - həmkəndliləri Elmir Əsədov və Ziya Əliyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti