Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Masallıda dülgər sexində yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Köhnə Alvadı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan dülgər sexinin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 10 kub taxta materiallarının 1 kubu yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.