...

Qubada və Şəkidə yaşayış evləri yanıb

Hadisə Materials 7 Dekabr 2013 06:43 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Amsar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının yanar konsruksiyaları 54 kv.m sahədə yanıb.
Qubada və Şəkidə yaşayış evləri yanıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Qubada və Şəkidə yaşayış evlərində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Amsar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının yanar konsruksiyaları 54 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şəki rayonu, Aşağı Şabalıd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı eyvandan ibarət kürsülu evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti