...

Gəncədə avtoxuliqan zəncirvari yol qəzası törədərək hadisə yerindən qaçıb

Hadisə Materials 12 Dekabr 2013 02:08 (UTC +04:00)
Dekabrın 11-də saat 23:30 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində zəncirvari yol qəzası baş verib.
Gəncədə avtoxuliqan zəncirvari yol qəzası törədərək hadisə yerindən qaçıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Dekabrın 11-də saat 23:30 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində zəncirvari yol qəzası baş verib. Bu barədə Trend Kəpəz TV-yə istinadən məlumat verir.

Şahidlərin sözlərinə görə, "VAZ 2107" və "Priora" markalı avtomobillər Şəmkir istiqamətindən prospektlə şəhərə doğru hərəkətdə olarkən avtoxuliqanlıq edərək öz aralarında yarışmağa başlayıblar. Bu zaman sürətlə hərəkət edən "Priora" markalı avtomobil "VAZ 2107"-ni, sonra digər bir "VAZ 2107"-ni, daha sonra isə yol kənarında dayanan "VAZ 2106" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin müstəntiqləri cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hazırda polis qəzanı törədərək aradan çıxan "Priora"nın sürücüsünü axtarır.

Xəbər lenti

Xəbər lenti