...

DİN Bakı-Quba yolunun 22-ci kilometrliyində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 25 Dekabr 2013 12:59 (UTC +04:00)
Daxili İşlər Nazirliyi dekabrın 24-də Bakı-Quba yolunun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN Bakı-Quba yolunun 22-ci kilometrliyində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Daxili İşlər Nazirliyi dekabrın 24-də Bakı-Quba yolunun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən saat 12 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yunisov idarə etdiyi "Mercedes" markalı betonqarışdıran avtomobili qarşıda gedən Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub.

A.Sadıxov və sərnişinləri - Qubadlı rayon sakini Cavid Hidayətdinov, Nurlan Tahirov, habelə şəxsiyyətləri müəyyən edilməmiş 20-25 yaşlı iki kişi hadisə yerində ölüblər.

DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti