...

Zaqatalada evə basqın edərək külli miqdarda pul oğurlamış dəstənin üzvü tutulub

Hadisə Materials 27 Dekabr 2013 13:26 (UTC +04:00)
Trend DİN-in saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Abşeron RPŞ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulub.
Zaqatalada evə basqın edərək külli miqdarda pul oğurlamış dəstənin üzvü tutulub

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Zaqatalada evə basqın edərək külli miqdarda pul oğurlamış dəstənin üzvü tutulub.

Trend DİN-in saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Abşeron RPŞ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulub.

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olan Vasif Qarayev, habelə Murad və Şahmurad adlı şəxslərlə birgə dekabrın 6-da Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girib onu və ailə üzvlərini döyərək bıçaq və tapança ilə hədələyərək oradan 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparmaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti