...

Gəncədə yol qəzası baş verib

Hadisə Materials 27 Dekabr 2013 23:08 (UTC +04:00)
Dekabrın 27-də Gəncədə İsmət Qayıbov küçəsi ilə Atatürk prospektinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.
Gəncədə yol qəzası baş verib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Dekabrın 27-də Gəncədə İsmət Qayıbov küçəsi ilə Atatürk prospektinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Məqsəd Hüseynovun idarə etdiyi "QAZ 31" markalı avtomobil Nicat Əliyevin idarə etdiyi "KİA CERATO" markalı avtomobillə toqquşub.

"KİA"-nın ürücüsü idarəetməni itirərək avtomobili yolundakı işıqfora çırpıb, daha sonra isə hasara çırpılıb. Zərbənin təsirindən işıqfor yarasız hala düşüb. Hadisə nəticəsində sürücülərə heç nə olmasa da avtomobillərə, xüsusən də "KİA" markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb olunan DYP-si rəsmilərinin verdiyi ilkin məlumata görə, qəzaya səbəb "KİA" markalı avtomobilin sürət həddini aşması olub.

Xəbər lenti

Xəbər lenti