Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dekabrın 27-də Salyan rayonu ərazisində Lənkəran-Bakı sərnişin avtobusunun sərnişini - Lənkəran rayon sakini Məsləhət Rzayev infarktdan ölüb.