Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Bakıda oğurluq etmiş qadın saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yanvarın 16-da Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən mağazada Bakı şəhər sakini Rəna Hacıyevaya məxsus içərisində qızıl əşyaları olan çantası oğurlanıb.
DİN-in Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nərminə Abbasova tutulub.