...

Zaqatalada UAZ çaya düşdü, ölən və yaralananlar var

Hadisə Materials 21 Yanvar 2014 08:24 (UTC +04:00)
Gecə saatlarında Zaqatala rayonunun Car kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
Zaqatalada UAZ çaya düşdü, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Gecə saatlarında Zaqatala rayonunun Car kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Car kənd sakini 1942-ci il təvəllüdlü Carayev Mollamuhuma Şahmur oğlu idarə etdiyi UAZ markalı, "62 BD 556" dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonunun Car kəndində, meşə yolu adlanan ərazidə hərəkətdə olarkən qatı duman və yağmurlu hava şəraiti olduğundan idarəetməni itirib və avtomobil körpüdən çaya düşüb.

Nəticədə sürücü M.Carayev hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Car kənd sakinləri - mərhumun həyat yoldaşı 1951-ci il təvəllüdlü Carayeva Aşura Xanov qızı, 1947-ci il təvəllüdlü Abdullayev Nürəddin Qurban oğlu və 1959-cu il təvəllüdlü Abdullayeva Ruqiyyət Həsən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan A.Carayevanın vəziyyəti qənaətbəxş olduğundan ona Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə, ambulator müalicəyə buraxılıb. Digər iki yaralının vəziyyəti isə orta ağırdır.

İlkin ehtimallara görə yol nəqliyyat hadisəsinə səbəb əlverişsiz hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti