Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Bu gün İndoneziyanın mərkəzindəki Yava adasında, qonşuluqda yerləşən Balidə Rixter cədvəli üzrə 6,5 gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV ölkənin Milli Meteorologiya, Klimatologiya və Geofizika İdarəsinə istinadən xəbər verir.
Yeraltı təkanların episentri Mərkəzi Yava vilayətinin Kebumen şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilmir.
Sunami barədə xəbərdarlıq edilməyib.