...

Misirdə iğtişaşlar zamanı ölənlərin sayı 49 nəfərə çatıb

Hadisə Materials 26 Yanvar 2014 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Misirdə 2011-ci il 25 yanvar inqilabının ildönümünə həsr olunmuş nümayişin iştirakçıları ilə polis arasında baş vermiş qarşıdurma zamanı ölənlərin sayı 49 nəfərə çatıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.

Bundan əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları 1079 aksiya iştirakçısını saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti